Fövqəladə Hallar Nazirliyi Bakıda avtobusun yanması ilə bağlı məlumat yayıb.
“Report” nazirliyin rəsmi saytında istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda “Karsan” markalı sərnişin avtobusunun mühərrik hissəsi və salonunda 5 ədəd oturacaq yanıb.
Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
* * * * *
Bakıda sərnişin avtobusu qəflətən yanmağa başlayıb.
"Report"un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan sərnişin avtobusunun mühərrik hissəsində yanğın başlayıb.
Ərazidə xidmət aparan Nərimanov Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidməti Bölüyünün (PPXB) əməkdaşlarının çevik və qətiyyətli hərəkətləri sayəsində sərnişinlər avtobusdan evakuasiya olunub, ərazidə təhlükəsizlik tədbirləri görülüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Hazırda yanğının qarşısının alınması üçün tədbirlər görülür.