Bakının Sabunçu rayonunda 10 yaşlı qız intihar edib.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumata görə, faciə mayın 5-i saat 15:30 radələrində baş verib.
Zabrat qəsəbəsində yaşayan Dilbər Kazımova (2010-cu il təvəllüdlü) örpək vasitəsi il mənzilindəki şkafın qapısından özünü asıb.
İntihar zamanı azyaşlının anası evdə olub. Lakin D.Kazımovanın intiharı həyata keçirdiyi otağın qapısını kilidləməsi hadisənin qarşısını almağa mane olub.
Hüquq-mühafizə orqanlarından verilən məlumatda bildirilir ki, Kazımovlar ailəsində üç uşaq olub: iki qız, bir oğlan. Qohumlarının bildirdiyinə görə, Dilbərin psixoloji problemləri olub.
Faktla bağlı cinayət işi açılıb. Rayon prokurorluğunda cinayət işi ilə bağlı istintaq aparılır.