Salyanda 2 azyaşlı qardaş su arxında boğulub.
Median.Az APA-ya istinadən bildirir ki, hadisə Salyan rayonunun Peyk kəndi ərazisində qeydə alınıb. Valideyin nəzarətindən yayınan 2016-cı il təvəllüdlü Nahid Rahin oğlu İsmayılov və qardaşı 2017-ci il təvəllüdlü Nail Rahin oğlu İsmayılov evlərinin yaxınlığından keçən su arxına düşərək boğulublar.
Faktla bağlı araşdırma aparılır.