Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində 1956-cı il təvəllüdlü Hacıyev Afiq Teymuraz oğlunun batması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.