Ağdamda 87 yaşlı qadın zəhərlənib.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, ötən gün rayonun Şükürağalı kənd sakini, 1933-cü il təvəllüdlü M.Paşayeva zəhərlənmə diaqnozu ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Qadın xəstəxanaya daxil olarkən huşsuz vəziyyətdə olub.
Xəstənin ailə yaxınlarının dediyinə görə, M.Paşayevanın vəziyyəti qəbul etdiyi dərmanların təsirindən pisləşib.
Xəstəxanadan isə qadının vəziyyətinin orta ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.