Qax rayonunun Zəyəm kəndində ümumi sahəsi 200 m² olan kürsülü, birmərtəbəli altıotaqlı evin yanar konstruksiyaları yanıb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.