Abşeronda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Digah kəndində qeydə alınıb.
Belə ki, 1956-cı il təvəllüdlü Hüseynov Məmmədrza Musallı oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona kəllə-beyin travması, sağ qol və sol budun sınığı diaqnozları qoyulub. Yaralı reanimasiyaya yerləşdirilib.