Bakının Yasamal rayonu Talıblı küçəsində kişi özünü doqquzmərtəbəli binanın səkkizinci mərtəbəsində yerləşən pilləkən meydançasından ataraq intihar edib.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Hadisə aprelin 3-ü, saat 14:15 radələrində baş verib. İntihar edənin şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Onun zahiri görünüşü 50-60 yaşlarındakı kişini xatırladır.
İlkin məlumatlara görə, kişi intihar etdiyi evdə yaşamayıb.
Faktla əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.