Bakıda gənc qız ehtiyatsızlığın qurbanı olub.
Report xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.
Bəkir Çobanzadə küçəsində, 2000-ci il təvəllüdlü Həsənzadə Xədicə Ramiz qızı beşinci mərtəbədən yıxılıb.
Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, X.Həsənzadənin həyatını xilas etmək mümkün olmayıb.