Şamaxıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Gülalıyev Şiralı Telman oğlu ağır xəsarət alıb. O, əvvəlcə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, sonra isə Bakıdakı xəstəxanalardan birinə göndərilib. Müayinə zamanı Ş.Gülalıyevə onurğa sümüyünün zədəsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.