Bakının Yasamal rayonunda ailə başçısı intihar edərək bunu telefonunun kamerasına çəkib.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
Martın 18-də axşam saatlarında 1984-cü il təvəllüdlü Sərxan Suvarov mənzilində özünü asıb. Bu zaman evdə ondan başqa heç kim olmayıb. Kişinin cəsədi saat 21:45 radələrində evə qayıdan həyat yoldaşı tərəfindən aşkarlanıb. Bundan əlavə, qadın ərinin mobil telefonunu videoçəkiliş vəziyyətində tapıb.
Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə cinayət işi açılıb.
S.Suvarovu intihara vadar edən səbəblər müəyyənləşdirilir.