Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə daxil olan məlumata əsasən, Nəsimi rayonunda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıblar.
1936-cı il təvəllüdlü Çernyuk Klavdiya Fomiçinanın mənzildə aşkarlanan meyiti aidiyyəti üzrə təhvil verilib.