Bərdə rayonunun Lənbərən kəndi ərazisində minik avtomobili kanala aşıb.
APA-nın yerli bürosunun xəbərinə görə, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil aşaraq su kanalına düşüb.
Avtomobildə olan qadın sərnişin - 1973-cü il təvəllüdlü Həsənova Sədagül Qəşəm qızı həyatını itirib.
Dörd nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Gəncə şəhər Gülüstan qəsəbə sakinləri - 1988-ci il təvəllüdlü Mirzəyeva Günel İbrahim qızı, sürücü 1993-cü il təvəllüdlü Xuduzadə Ceyhun İlham oğlu, 1972-ci il təvəllüdlü Həsənova Heyran Kamran qızı və 1991-ci il təvəllüdlü Mirzəyev Səxavət Yaqub oğlu Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma başlanıb.