Bakının Sabunçu rayonunda qarajdan gənc kişinin meyiti aşkarlanıb.
Bu barədə rayon Polis Şöbəsindən məlumat daxil olub.
27 yaşlı Pərviz Yusubov martın 5-də, saat 09:00 radələrində R.Axundov küçəsində yerləşən 2 nömrəli evin həyətindəki qarajda, “Tofaş” markalı avtomobildə ölü tapılıb.
Ölümün dəqiq səbəbi hələ müəyyənləşdirilməyib. Ancaq P.Yusubovun dəm qazından zəhərlənərək öldüyü ehtimal olunur.
Hüquq-mühafizə orqanlarının əməkdaşları yumşaq toxuma və qan nümunələrinin histoloji ekspertizaya göndərildiyini qeyd ediblər. Onlar intihar ehtimalını da istisna etmirlər.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.