Sabunçu rayonunun eyni adlı qəsəbəsinin sakini - 32 yaşlı Nərmin İmanova intihara cəhd edib.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
Martın 5-i saat 19:25 radələrində N.İmanova evdə dərman həblərini udub və şüşə parçası ilə qollarının vena damarını kəsib. O, ağır vəziyyətdə 5 saylı Kliniki Xəstəxananın Toksikoloji Mərkəzinə yerləşdirilib. N.İmanova ayılmadığı üçün hüquq-mühafizə orqanlarının əməkdaşları hələ onu dindirə bilməyiblər. Faktla bağlı araşdırma aparılır.
Ötən cümə axşamı günü daha bir intihara cəhd hadisəsi Suraxanı rayonunun Zığ qəsəbəsində yerləşən Vərəm Dispanserində baş verib. Tibb müəssisəsinin əvvəllər oğurluğa görə məhkum olunmuş 41 yaşlı xəstəsi, Bakı şəhər sakini Cümşüd Ağayev qarın nahiyəsinə vurduğu bıçaq yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.