Bakıda yeniyetmə dəm qazından boğularaq ölüb.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, hadisə paytaxtın Yasamal rayonunda, Yeni Yasamal 1, ev 7, mənzil 20-də baş verib.
Belə ki, sözügedən ünvanda yaşayan 2004-cü il təvəllüdlü N.Məlikova yaşadığı evin hamam otağında dəm qazından boğularaq vəfat edib.
16 yaşlı qızın meyiti hamamda aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanıb.