Bakıda iki nəfər güclü külək zamanı xəsarət alıb.
“Report” xəbər verir ki, hər iki hadisə Yasamal rayonunda qeydə alınıb.
Yolda piyada qismində hərəkət edən 1971-ci il təvəllüdlü Orucova Gülnar Vedi qızı və Qəmbərova Kəmalə Həsənəli qızı güclü küləyin təsirindən yıxılaraq sınıq xəsarətləri alıblar.
Onlar sakinlərin köməyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı G.Orucovaya sağ bazu sümüyünün sınığı, K.Qəmbərovaya isə sol bazu sümüyünün sınığı diaqnozları qoyulub.