Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 14 yaşlı oğlan ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.
2006-cı il təvəllüdlü Kazımov Muxtar Arzuman oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır kəllə-beyin travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Xəstəxananın həkimlərinin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.