Şəmkirdə azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya məlumat verilib.
Bildirilib ki, fevralın 26-da saat 16.00 radələrində Şəmkir rayonunun Düzqışlaq kəndi ərazisində Qaracəmirli kənd sakini R.Əmirxanov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən kənd sakini, beş yaşlı Rüstəm Paşayevi vurub və nəticədə, uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.