Samux rayonunda 47 yaşlı baldızı Gülşən Orucovaya bıçaqla xəsarət yetirməkdə təqsirli bilinən Həbib Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Median.Az xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib. Məhkəmə hazırlıq iclası fevral ayının 4-nə təyin olunub. Qeyd edək ki, hadisə oktyabrın 7-də rayonun Bağbanlar kəndində baş verib.
Belə ki, Şirvan rayon sakini 1973-cü il təvəllüdlü Həbib Orucov baldızı, Bağbanlar kənd sakini 1972-ci il təvəllüdlü Gülşən Orucovanı ailə məişət zəminində bıçaqlayıb və hadisə yerindən qaçıb. Yaralı Gəncə şəhər A.Səhhət adına 1 saylı xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub. Qanlı hadisəni törətməkdə şübhəli bilinən Həbib Orucov Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.//ölkə.az