Bakıda avtobus sürücüsü heroin qəbul edib, piyadanı vurub öldürdü » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:47 Tanınmış alim vəfat etdi  |     13:44 İlon Mask Angela Merkeli təhqir etdi  |     13:40 Azərbaycanda 38 kişi məişət zorakılığına MƏRUZ QALIB  |     13:37 Qaxda üç yaşlı uşaq dərmandan zəhərləndi  |     13:34 "TikTok"da "falçı" BAZARI – DİN-dən vətəndaşlara MÜRACİƏT  |     13:25 Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU  |     13:24 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     13:22 "Amazon"un baş ofisində axtarış aparılıb  |     13:19 Vasif Talıbovun oğlunun rəhbəri olduğu federasiya LƏĞV EDİLDİ  |     13:18 Neymar karyerasını "Real Madrid"də davam etdirmək istəyir  |     13:16 Goranboyda 57 yaşlı kişini avtomobil vurub  |     13:14 Sabunçuda binanın zirzəmisinə çirkab suları dolur: Sakinlər şikayətçidirlər - VİDEO  |     13:07 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?  |     13:01 Mask Britaniyanı "polis dövləti" adlandırdı  |     12:59 Gəncədə təcili yardım maşını piyadanı vuraraq ÖLDÜRDÜ  |     12:54 Düşmənin gizli postundan YENİ GÖRÜNTÜLƏR - VİDEO  |     12:52 Sumqayıtda kişi sirkə turşusundan zəhərlənərək ÖLDÜ  |     12:25 Sosial şəbəkələrdə qumar oynanılır? - DİN hərəkətə keçdi - VİDEO  |     12:18 Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?  |     12:16 Göygöldə avtomobil qaz borusuna ÇIRPILDI: Yaralılar var  |    

Bakıda avtobus sürücüsü heroin qəbul edib, piyadanı vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Pərviz Quliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Median.Az "unikal.org”a istinadən xəbər verir ki, Bakı Apellasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, P.Quliyevin apellyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Quliyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmündə göstərilib ki, P.Quliyev qəzanı törədən zaman narkotik vasitənin təsiri altında olub.

O, işə çıxmadan əvvəl heroin qəbul edib.

Hadisə ötən il sentyabrın 15-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində baş verib.

Bakı şəhər sakini P.Quliyev idarə etdiyi "Daewoo” markalı, 185 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Miqdat Kuxmazovu vurub. Xəstəxanaya yerləşdirilən piyada sentyabrın 22-də orada ölüb.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 488 04.10.19 14:49