“Azərbaycan Dəmir Yolları” QSC Keşlə qəsəbəsində baş verən hadisə ilə bağlı açıqlama yayıb.
Qurumdan oxu.az-a verilən məlumata görə, hadisə bu gün saat 08:23-də Keşlə stansiyasında baş verib.
Bakı-Sumqayıt elektrik qatarı Keşlə stansiyasında (2653-cü km-də) hərəkətdə olarkən, Tacirə Vidadi qızı Rəhimova müəyyən olmayan yerdən dəmir yolu xəttini keçmək istəyib:
“Maşinist briqadası dərhal səs siqnalları verərək təcili tormozlama aparıb. Amma məsafə yaxın olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb. Nəticədə, qadın qatarın yan hissəsinə toxunaraq müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılıb və yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır”.
* * * * *
Bakıda Keşlə stansiyası, “Çerment körpüsü” kimi tanınan ərazidə qatar 32 yaşlı qadını vurub.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, 1986-cı il təvəllüdlü Rəhimova Tacirə Vidadi qızı açıq kəllə-beyin travması ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə yaralının vəziyyəti kritikdir.