Qəza törədən sürücü DİN-nin müşahidə kamerasını yararsız hala salıb.
Hadisə paytaxtın Ziya Bünyadov küçəsi, 2095 ünvanında baş verib.
Bakı sakini, 1988-ci il təvəllüdlü Bəhruz Zeynalov idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək səki və işıq dirəyinə çırpılıb və yolun əks hərəkət istiqamətinə düşüb.
Hadisə nəticəsində Daxili İşlər Nazirliyinin (DİN) işıq dirəyinə bərkidilmiş müşahidə kamerası yarasız hala düşüb.
Sürücü B.Zeynalov isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.