Pakistan 2022-ci ildə kosmosa ilk kosmonavtını göndərəcək.
Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin elm və texnologiya naziri Favad Çaudri verib.
2020-ci ildə 50 nəfərdən ibarət kosmonavt siyahısının hazırlanacağını deyən nazir, sonra onların sayının 25-ə endiriləcəyini bildirib.
O, kosmosa gedəcək olan pakistanlı kosmanavtların seçiminə gələn ilin fevral ayında başşlayacaqlarını açıqlayıb və kosmonavtların seçim və dərslərinin Pakistan Hava Qüvvələri tərəfindən aparılacağını deyib.
Qeyd edək ki, pakistanlı nazirin bu açıqlaması Hindistanın Aya pilotsuz vasitə göndərməsi xəbərindən sonra baş verib. Hindistan da 2011-ci ildə kosmosa insan göndərəcəyini açıqlamışdı.