Kot-d'İvuarın şimal-şərq bölgəsində məzarlıqdan körpə meyitləri tapılıb.
Bu barədə Kot-d'İvuar polisi məlumat verib.
Meyitlər polis əməkdaşları Qanoa şəhərində yerləşən məzarlıqdan aşkarlanıb.
Məzarlıqda qazıntı işləri aparan kişinin polisə müraciət etməsindən sonra orada axtarışa başlanılıb. Axtarış zamanı çantadan çürümüş vəziyyətdə olan 25 körpə cəsədi tapılıb.
Faktla bağlı təhqiqat aparılır. Polis iki versiya üzərində dayanır: uşaqlar ya orqan mafiyasının əlinə düşüb, ya da batil inanclara əsaslanan ayinlər çərçivəsində öldürülüblər.