Latviyada Afrika vəbası sürətlə yayılmaqdadır.
“Rossiya 24” xəbər verir ki, Latviya ərazisindəki vəhşi donuzların az qala 90 faizində bu xəstəlik qeydə alınıb.
Mütəxəssislərin fikrincə, xəstəliyi yayan heyvanlar ölkə ərazisinə qonşu Belarusdan keçib.
Artıq ev donuzlarında da bu xəstəlik qeydə alınır.
Afrika vəbası Rumıniya, Bolqarıstan, Polşa, Slovakiya kimi ölkələrdə də aşkar edilib.
Qeyd edək ki, 2019-cu ildə Latviyada 223 qabanın xəstəliyə yoluxduğu ortaya çıxıb.
Çində isə donuzların dörddə biri bu virusa yoluxduğundan, ölkədə ördək ətinə tələbat artıb.