Türkiyənin İzmir şəhərinin Berqama qəsəbəsində dəhşətli hadisə baş verib.
Median.Az “Sputnik Türkiyə”yə istinadən xəbər verir ki, bamiyə toplamağa gedən ailə 3 yaşlı uşaqları Melih Fidanı avtomobildə qoyublar.
Uşaq yatarkən avtomobil anidən alovlanıb. Ata Sezer Fidan yanğını görüncə dərhal hadisə yerinə özünü çatdırsa da, uşaq ağır xəsarətlər alıb. Melih Fidan xəstəxanaya yerləşdirilib. Lakin, bütün cəhdlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Uşağı xilas etməyə çalışarkən qolları yanan atanın müalicəsi isə davam etdirilir.
Avtomobilin hansı səbəbdən yandığı araşdırılır.