Erməni milyarderə doqquz il həbs cəzası istədilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

Erməni milyarderə doqquz il həbs cəzası istədilər

Moskva Şəhər Məhkəməsində dövlət ittihamçısı erməni əsilli milyarder Oleq Mkrtçan üçün doqquz il həbs cəzası istəyib.

Bu barədə TASS xəbər yayıb.

“Donbass Sənaye İttifaqı” korporasiyasının direktoru bir milyard rubl (27 milyon manat) dəyərində dələduzluqda ittiham olunur.

Mkrtçan Rusiya Cinayət Məcəlləsinin 159.4-cü maddəsi ilə ittiham olunur. İstintaqın rəyinə görə, o, 2009-2013-cü illərdə xarici ofşor şirkəti vasitəsilə “Vneşekonombank”ın kredit-maliyyə vəsaitlərini mənimsəyib.

Məhkəmə sahibkarın səkkiz milyard rublluq (216 milyon manat) əmlakına da həbs qoyub.

Oleq Artuşeviç Mkrtçan erməni əsilli Rusiya milyarderidir (Armavirdə doğulub). 2012-ci ildə Ukraynanın 100 ən varlı adamları siyahısında 14-cü yeri tutub. Var-dövləti 1,25 milyard dollar dəyərində qiymətləndirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 493 26.07.19 12:25