Almaniyanın meteorologiya xidməti ölkənin qərbində yeni temperatur rekordu – 40,5 dərəcə isti qeydə alıb.
Median.Az xarici mətbuata istinadən xəbər verir ki, Qaylenkirhendə qeydə alınan bu isti Almaniya üzrə bundan əvvəlki rekordu təzələyib. Belə ki, 2015-ci il iyulun 5-də Almaniyada 40,3 dərəcə isti olub.
Bundan əlavə, meteoroloqlar qeyd edirlər ki, növbəti gün Almaniyada daha isti olacaq.
Ümumdünya meteorologiya təşkilatı bundan əvvəl bəyan edib ki, havanın rekord temperaturu – 40 dərəcə bu həftə Almaniya, Belçika, Hollandiya, Fransa və İsveçrədə gözlənilir.
Mütləq temperatur rekordu Parisdə də qeydə alınıb. Bu barədə Fransanın meteorologiya xidməti məlumat yayıb. Bildirilir ki, paytaxtın XIV dairəsindəki Monsuri parkında yerli vaxtla saat 13:36-da temperatur 40,6 dərəcəyə çatıb və getdikcə yüksəlib.