Bu tərtərli qız 21 yaşından Almaniyada həkim işləyir: Azərbaycanda çalışa bilmərəm - MÜSAHİBƏ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

Bu tərtərli qız 21 yaşından Almaniyada həkim işləyir: Azərbaycanda çalışa bilmərəm - MÜSAHİBƏ

Almaniyada həkim kimi çalışan həmyerlimiz Tərlan Mehdizadə Oxu.Az-ın suallarını cavablandırıb:

- Tərlan xanım, bildiyimiz qədəri ilə, dörd yaşında məktəbə getmisiniz. Necə oldu ki, dörd yaşında sizi məktəbə qoydular? Adətən, bu hal vunderkind uşaqlarla bağlı müşahidə olunur.

- Tərtər rayonunda anadan olmuşam, orada oxumuşam. Uşaqlığım müharibə şəraitində keçib. Yaşadığım yerdə müharibənin qoyduğu izlər vardı. Onlardan biri də uşaq bağçası məfhumunun olmaması idi. Anam və atam işə, qardaşlarım isə məktəbə gedirdi. Nə evdə məni saxlayan bir kəs, nə də gedə biləcəyim bir bağça vardı.


Bir gün evdə tək olanda pəncərədən yıxıldığıma görə anam çox qorxdu və məktəbdə işlədiyi üçün məni də özü ilə aparmaq qərarına gəldi. Altı yaşıma qədər birinci sinifdə oxumağıma qərar verildi ki, təki evdə tək qalmayım.

Məktəbdə fəal şagird olmuşam və sinif yoldaşlarımdan yaxşı oxuduğum üçün müəllimlər deyirdilər ki, bu qız heyifdir, boşuna sinifdə saxlamayaq. Beləliklə, 15 yaşımda XI sinfi bitirdim.


- Öz yaşıdlarınızdan nə ilə fərqlənirdiniz? Məktəbdə yaşca hamıdan kiçik olmaq sizə çətinlik yaradırdımı?

- Məktəbdə heç vaxt digər şagirdlərdən kiçik olduğumu hiss etməmişəm. Dərsləri oxuyub başa düşmək baxımından çətinliyim olmayıb. Çox fəal və yaşıdlarımdan bir addım irəlidə olan uşaq idim. Onu da deyim ki, bizim nəsildə ali təhsil almayan yoxdur.

Bu mənada, bəlkə də təhsilə marağım genetikdir. Məsələn, qardaşım dördüncü sinifdən altıncı sinfə keçib. Beş yaşında dünyanın bütün ölkələrini, paytaxtlarını və prezidentlərinin adını əzbər bilirmiş. Halbuki bunu ona heç kim öyrətməyib. Yəni bizim ailədə belə hallar var.


- Necə oldu ki, Almaniyaya getmək qərarına gəldiniz?

- Universitet vaxtı başa düşdüm ki, Azərbaycanın səhiyyə sistemində işləyə bilmərəm. Buna görə də Avropaya getmək qərarına gəldim. Almaniya tibb sahəsində uğurları ilə seçildiyi üçün bu ölkəni seçdim. Buraya gəlməyim çətin proses oldu, amma tək də olsa, bunu bacardım. Ailəm Almaniyaya getmək istədiyimi biləndə razılaşmadı. Lakin israrımı, əzmimi gördükdən sonra artıq heç nə edə bilməyəcəklərini anladılar. Bu uğurlarımı yalnız özüm, heç bir dəstək olmadan qazanmışam.

Dörd il Şverin və Gettingen şəhər xəstəxanalarında uşaq həkimi işləmişəm. Artıq iki ildir Hildeshaym Helios xəstəxanasında uşaq şöbəsində çalışıram.

- Uşaqlarla işləməyin hansı çətinlikləri var?

- Onlarla işləmək çox çətindir. Çünki burada çox ağır xəstə uşaqlar qəbul edirik. Xərçəng diaqnozu qoyarkən valideynlərə uşaqlarının ölümün bir addımlığında olduğunu, reanimasiyada qalacağını və yaşamaq uğrunda mübarizə apardığını demək mənim üçün çox ağırdır.

Uşaq sağalandan sonra palataya girəndə üstünə qaçıb səni qucaqlayır. Bu zaman sevincin həddi-hüdudu olmur. Özünü qəhrəman kimi hiss edirsən.


- Başınıza maraqlı hadisələr gəlibmi?

- Maraqlı hadisələr çox olub. Mən burada işləməyə başlayanda 21 yaşım var idi. Onlar 21 yaşında orta məktəbi bitirirlər, mən isə artıq həkim idim. Buna inana bilmirdilər. Hamı məndən şəxsiyyət vəsiqəmi istəyirdi, çünki zarafat etdiyimi düşünürdülər. Baş həkim isə deyirdi ki, belə çıxır, mən 16 yaşında anatomiya dərsində meyitin yanında durub dərs keçmişəm.

“Bu cinayətdir, 18 yaşı olmayan bir uşağın belə şeylər etməsi qanuni deyil. Siz universitetinizi rahat şəkildə məhkəməyə verə bilərsiniz” deyirdilər.

Bir dəfə gecə növbəsində bir uşağı müayinə etmişdim. Uşağı evə buraxan zaman atası mənə “sağ ol” dedi və stolun üzərinə 40 avro pul qoydu. Bunu bir almanın etməsi məni təəccübləndirdi. Təbii ki, pulu özünə qaytardım və bildirdim ki, bu, mənim işimdir, buna görə maaş alıram. Kövrəldi, məni qucaqladı və həkimlərin onun üçün Allah qədər dəyərli olduğunu bildirdi.

- Azərbaycana qayıtmaq istəyirsinizmi?

- Çox istərdim ki, Azərbaycana qayıdım, amma indiki şərtlər altında yox. Mən karyeramı Almaniyada qurduğum üçün Azərbaycan səhiyyəsinə heç cür uyğunlaşa bilmirəm. Bu beş il ərzində cəmi bir dəfə azərbaycanlı xəstəm olub və onunla Azərbaycan dilində danışmışam. Təsəvvür edə bilməyəcəyiniz qədər möhtəşəm hisslər keçirmişəm. Çünki öz millətimi çox sevirəm.


- Almaniyanın səhiyyə sistemi bizimkindən nə ilə fərqlənir?

- Almaniya səhiyyə sistemini Azərbaycanın səhiyyə sistemindən çox şey fərqləndirir. Ən əsası xəstə-həkim münasibətləridir. Həkim xəstəyə ən hörmətli insan kimi yanaşır, otağa girəndə ayağa durur, əl sıxır, özünü təqdim edir, çox səbirlə şikayətləri dinləyir. Burada xəstələrin də həkimlərə hörməti böyükdür. Azərbaycan səhiyyəsində isə belə hallara çox az rast gəlinir.

Almaniyada tibb sahəsinə çox sərmayə yatırılır. Buna görə də burada tibbin inkişaf səviyyəsi belə yüksəkdir. İcbari tibbi sığorta sistemi insanların həyatını asanlaşdırır. Səfil həyatı yaşayan biri belə, xəstəxanada bir qəpik vermədən sağlamlığı ilə bağlı ciddi problemini həll edə bilir. Çox arzu edirəm ki, ölkəmizdə icbari tibbi sığorta lazımi səviyyədə inkişaf etsin.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 875 25.07.19 20:16