Mərhum Xalq artisti Müslüm Maqomayevin adı Ukraynanın Dnepr şəhərindəki küçələrdən birinə verilib.
Median.Az axşam.az-a istinadən bildirir ki, bu barədə Dnepr Şəhər Şurası bu gün qərar qəbul edib.
Bildirilir ki, bundan sonra Sobornı rayonundakı 8 mart küçəsi Müslüm Maqomayevin adını daşıyacaq.
Şəhərin meri Boris Filatov küçənin adının dəyişdirilməsinin azərbaycanlılara hədiyyə olduğunu vurğulayıb.
"Şəhərdə azı 30 min azərbaycanlı yaşayır. Bu qərar onlara, Müslüm Maqomayevi sevən hər kəsə hədiyyədir. O, dahi idi" deyə, mer "Facebook" hesabında yazıb.