Gürcüstanda milli valyuta olan larinin ABŞ dollarına qarşı ucuzlaşması tendensiyası davam edir.
Median.Az report-a istinadən xəbər verir ki, ölkənin Milli Bankının iyulun 25-nə müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,9010 təşkil edir.
Bugünkü məzənnə ilə müqayisədə xarici valyutanın dəyəri 0,0039 lari artıb.
Avronun dəyərində isə nisbətən ucuzlaşma qeydə alınıb. Sabahkı məzənnəyə əsasən, 1 avronun dəyəri 0,0047 lari ucuzlaşaraq 3,2343 lari təşkil edib.