Türkiyənin Ərdahan vilayətində avtomobil qəzası baş verib. Median.Az-ın xəbərinə görə, “Dairə yolu” adlanan ərazidə baş verən qəzada xəsarət alanlar arasında azərbaycanlılar da olublar.
Məlumata görə, 8 yaralıdan 3-ü azərbaycanlıdır.
Qeyd olunur ki, Türkiyə vətəndaşı Çetin Yıldızın idarəsində olan 34 VT 0492 nömrə nişanlı avtomobil ilə azərbaycanlı Anverdi Bağırovanın idarəsində olan T 652 XT 86 markalı avtomobil toqquşub. Sürücülərlə yanaşı, avtomobildə olan sərnişinlər də xəsarət alıblar. Azərbaycanlı sürücünün idarə etdiyi avtomobildə olan Sevda Bağırova və Səkinə Bağırova da xəsarət alıblar. Bütün yaralılar Ərdahan Dövlət Xəstəxanasına yerləşdiriliblər.//sputnik.az