Venesuelanın paytaxtı Karakas və ölkənin 16 ştatı elektrik enerjisiz qalıb.
“RİA Novosti” xəbər verir ki, “blackout” ölkənin bütün hissələrinə yayılıb.
Məlumata görə, Karakas metropoliteninin 5 xəttindən 3-ü fəaliyyətini dayandırıb.
Xatırladaq ki, mart ayında Venesuelada bir neçə dəfə kütləvi elektrik enerjisinin kəsilməsi baş verib. Venesuela tərəfi baş verənlərdə ABŞ-ı ittiham etsə də, ABŞ Dövlət Departamenti bu ittihamları rədd edib.