ABŞ Dövlət katibi Mayk Pompeo “Fox News” televiziyasına verdiyi müsahibədə İranı bütün dünya üçün təhlükə adlandırıb.
Median.Az “TASS”a istinadla xəbər verir ki, M.Pompeo deyib ki, ABŞ İranla müharibə istəmir: “Düşünürəm ki, İran rəsmiləri bunu başa düşür”.
O, əlavə edib ki, İran ABŞ üçün, İsrail üçün təhlükə deyil, bütün dünya üçün təhlükədir".