“FaceApp” iddialara cavab verdi: Sadəcə seçilən fotoları yükləyirik » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

“FaceApp” iddialara cavab verdi: Sadəcə seçilən fotoları yükləyirik

Fotoşəkillərin işlənməsi üçün nəzərdə tutulmuş “FaceApp” tətbiqi haqqında yayılmış iddialara cavab verib.

TASS-ın məlumatına görə, proqramın yaradıcısı Yaroslav Qonçarov məlumatların üçüncü tərəfə ötürülməsi ilə bağlı informasiyaların yanlış olduğunu deyib.

“Hazırda bizim məlumat mərkəzimizə müraciət edən insanların əksəriyyəti fotolarının silinməsini tələb edirlər. Ciddi basırıqlıq yaranıb. Amma bu, bizim üçün prioritet məsələdir”, - deyə Qonçarov bildirib.

O, həmçinin əlavə edib ki, məlumatların üçüncü tərəfə ötürülməsi müzakirə mövzusu deyil: “FaceApp” üzərində iş görülən fotoların böyük hissəsini “buludlar”da saxlayır. Biz sadəcə istifadəçinin redaktə üçün seçdiyi fotoları yükləyirik. Heç vaxt əlavə hansısa fotonu götürmürük. Yüklənən şəkillər isə 48 saat ərzində serverlərimizdən silinir”.

Qeyd edək ki, ABŞ Senatında demokratların lideri Çak Şumer “FaceApp” tətbiqinin insanların məlumatlarını üçüncü tərəfə satması ilə bağlı iddia ilə çıxış etmişdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 255 18.07.19 20:43