Rusiyanın Sankt-Peterburq şəhərində iki “Rosqvardiya” əməkdaşını həbs ediblər.
“Life” xəbər verir ki, onlar yeniyetməyə narkotik maddə “atıblar” sonra isə ondan 300 min rubl (8 min manat) rüşvət istəyiblər.
Yeniyetmə polisə şikayət etdikdən sonra əməliyyat təşkil olunub və şantajçılar pulun ötürülməsi zamanı həbs ediliblər.
Hazırda istintaq onların təqsirini qiymətləndirir.