Qazaxıstanın Almatı şəhəri işıqsız qalıb və nəticədə, şəhərdə həyat, demək olar ki, iflic olub.
“Zakon.kz” xəbər verir ki, şəhərətrafı bölgələrdə də işıq kəsilib.
Yerli polisin məlumatına görə, işıqforlar işləmədiyi üçün yol hərəkətinin tənzimlənməsi məqsədilə təxminən 400 polis yollara nəzarət edir.
Hadisəyə səbəb isə yüksək gərginlikli elektrik xəttində baş vermiş qəzadır. Enerjinin verilişi 2-3 saat ərzində mərhələli şəkildə bərpa ediləcək.