Banqladeşin altı rayonunda ildırım vurması nəticəsində 14 nəfər ölüb, daha bir nəfər xəsarət alıb.
Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Dhaka Tribune” nəşri yerli polisə istinadla məlumat yayıb.
Ölkənin qərbindəki Pabna qəsəbəsində 4 nəfər – ata, onun 2 oğlu və daha bir yerli sakin sahədə işləyən zaman ölüb. Banqladeşin şimalındakı Maymensinqx dairəsində isə ildırım bir balıqçını öldürüb, onun qardaşı isə xəsarət alıb. Həmçinin daha iki kişi toxuculuqla məşğul olan zaman onları ildırım vurub.
Ölkənin qərbindəki Çuadanqa dairəsində 3 nəfər avtomaşına banan yükləyərkən, Sunamqanc dairəsində isə ata və oğlu balıq tutarkən ölüb. Netrakona bölgəsində inək otaran fermer, Racşahi şəhərində isə sahədə işləyən kəndli ildırım vurması nəticəsində həyatını itirib.
Yerli “UNB” agentliyi xəbər verir ki, bu ilin may-iyun ayları ərzində 126 nəfər ildırım vurması nəticəsində ölüb. Onların arasında qadınlar və uşaqlar da var.