Amerikanın Yunanıstandakı səfiri Ceffri Payet velosipeddən yıxılıb.
Bu barədə səfir özü “Twitter” hesabı vasitəsilə xəbər yayıb.
O, təcili tibbi yardım üçün yerli həkimlərə minnətdarlığını bildirib: “Əla qayğıya və operativ müdaxiləyə görə tibb personalına, narahatlıq keçirən, zəng edib maraqlanan yunan dostlarıma təşəkkür edirəm”.
Səfir sadəcə səyahətinin qısa çəkməsinə görə məmnun olmadığını, hər şeyin qaydasında olduğunu, Afinaya dönməyi səbirsizliklə gözlədiyini deyib.