Ermənistan Silahlı Qüvvələrinin sıravi əsgəri Ayk Alaverdyan tabel silahından atəş açaraq özünü ölümcül yaralayıb.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı İstintaq Kmitəsi yayıb. Bildirilib ki, hadisə iyunun 25-də baş verib. Əsgər açdığı atəş nəticəsində ölüb.
***
Ermənistanın Armavir vilayətində Baqramyan hərbi təlim mərkəzində 19 yaşlı əsgərin meyiti aşkarlanıb.
“Report” “Panorama.am”a istinadən xəbər verir ki, məlumatı Ermənistan İstintaq Komitəsi yayıb.
Bildirilib ki, hadisənin səbəbi araşdırılır.