Tbilisidə aksiya zamanı xəsarət alanlardan biri dünyasını dəyişib.
Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yaralı xəstəxanada aldığı travmalardan vəfat edib.
Qeyd edək ki, dünən Tbilisidə parlament binası önündə rusiyalı nümayəndələrin Gürcüstana gəlməsinə etiraz olaraq keçirilən mitinqdə 240-dan çox insan yaralanıb.