Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda zibil qutusundan yeni doğulmuş uşaq meyiti tapılıb.
Səhər saat 8:30 radələrində aşkar edilən uşaq meyiti zibil qutusuna atılan torbalardan birinin içində olub. Bələdiyyə işçiləri zibil qutularını təmizləyərkən cəsədi aşkarlayıblar.
Hadisəylə bağlı dərhal polisə məlumat verilib və uşağın meyiti morqa aparılıb.