Küveytdə havanın temperaturu dünya rekordu həddinə - 63 dərəcəyə çatıb.
Median.Az-ın verdiyi xəbərə görə, bu cür yüksək temperatur dünyada nə vaxtsa qeydə alınmayıb.
Məlumata görə, dəhşətli isti səbəbindən ən azı 5 nəfər ölüb. Hakimiyyət əhalini Günəş altında qalmamağa və nə qədər mümkündürsə, çoxlu su içməyə çağırır.
Bundan əvvəlki temperatur rekordu 1913-cü il iynun 10-da Kaliforniyadakı Ölüm Vadisində qeydə alınıb. O zaman havanın temp0eraturu 56,7 dərəcə olub.
Küveytlilər üçün bu günün proqnozu heç də üzəkaçan olmayıb: temperaturun 68 dərəcə olacağı gözlənilir.//lent.az