Niderlandın Şimali Brabant əyalətinin hava məkanında “Piper cub” tipli iki yüngül mühərrikli təyyarənin toqquşması nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, məlumatı “Dutch News” yayıb.
Bildirilib ki, təyyarələr “Vliegend Museum Seppe” aviasiya muzeyinə məxsus olub. Məlumata görə, təyyarələrin birində iki nəfər ölüb, o biri “Piper cub” isə yerə enib, ancaq göyərtəsindəki iki nəfər yaralanıb.
Niderland Təhlükəsizlik Şurası hadisə ilə bağlı araşdırma aparır.