Gürcüstanın ən gözəl cütlüklərindən hesab edilən Tbilisi meri Kaxa Kaladze və dizayner Anuki Areşidze 6 illik evlilikdən sonra kilsədə nikah mərasimi keçirib.
Qeyd edək ki, cütlüyün Levan, Kaxaber, Vaçe və Nikolu adlı 4 oğlu var. Kilsədə keçirilən nikah mərasimindən öncə Gürcüstanın patriarxı II İlya ailənin iki böyük oğlunu xaç suyuna salıb. Nikah mərasimindən sonra Tbilisi yaxınlığındakı otellərdən birində banket verilib.
Kaxa Kaladze bir zamanlar “Milan” futbol klubunda oynamış keçmiş futbolçudur. 2017-ci ildən Tbilisinin meridir. Buna qədər o ölkəsinin energetika naziri vəzifəsində çalışıb.
Xanımı isə “Anouki” geyim brendinin əsasını qoymuş məşhur dizaynerdir. Onun əl işləri Paris və Milanın nüfuzlu moda evlərində sərgilənir.