Polşada sərxoş kişi şəhər küçələrində T-55 tankını idarə edib.
Median.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Paençno şəhərinin mərkəzində qeydə alınıb.
Məlumata görə, polis əməkdaşları şəhərdə tankın hərəkət etməsi barədə məlumat alıblar. Əraziyə gəlmiş patrul əməkdaşları sovet tankını və iki nəfəri aşkarlayıblar.
Qeyd edilir ki, tankda aşkarlanmış şəxslərin hər ikisi, o cümlədən onu idarə etmiş 49 yaşlı kişi sərxoş olub.
Hərbi texnikanı əvvəlcə qoşquya qoşublar. Qoşqu sıradan çıxdıqdan sonra hərbi maşının sahibi tankla şəhərin küçələrində gəzməyə qərar verib. O, bu zaman tanka bir nəfəri də mindirib.