Türkiyənin Bodrum kurort şəhərinin sahillərində qanunsuz mühacirləri daşıyan gəmi batıb.
“Anadolu” xəbər agentliyinin məlumatına görə, hadisə nəticəsində 12 nəfər həlak olub.
Gəminin göyərtəsində 40-dan çox mühacirin olduğu güman edilir. Dənizçilər onlardan 31-i xilas edə bilib.
Axtarış-xilasetmə əməliyyatına sahil mühafizə xidmətinin katerləri, helikopter və dalğıc dəstəsi cəlb olunub.
Həlak olmuş miqrantların meyitləri qayıqlarda Turqutrəis rayonuna çatdırılıb.