ABŞ prezidenti Donald Tramp 2020-ci ildə prezident seçkilərində qalib gəlməyəcəyi təqdirdə, ölkə iqtisadiyyatının iflasa uğrayacağını bəyan edib.
Bu barədə Tramp özünün “Twitter” səhifəsində yazıb.
O qeyd edib ki, hazırda ABŞ iqtisadiyyatı bütün rekordları qırır, lakin gələn il çökə bilər.
“Əgər 2020-ci ildə məndən başqa kimsə qalib gəlsə, bazarlar çökəcək”, - deyə Tramp vurğulayıb.
ABŞ prezidenti amerikalılara müraciət edərək onlardan ABŞ-ın liderliyinin qorunmasını xahiş edib.