Çinin “CRRC” korporasiyası, sürəti saatda 600 kilometr olan “Maglev” qatar prototipini nümayiş etdirib.
Median.Az Fins.az-a istinadən xəbər verir ki, bu, belə tip qatarlar arasında ən yüksək göstəricidir.
Maglev – elektromaqnit sahə hesabına yolun üstündə hərəkət edə bilən qatar növüdür. Hərəkət zamanı qatar relslərə toxunmur və hərəkətini aerodinamik müqavimət hesabına dayandırır. “CRRC” korporasiyasının hazırladığı prototip, Çinin Sindao şəhərində nümayiş etdirilmişdir. Yaxın gələcəkdə qatarın sınaqdan keçirilməsi, 2021-ci ildə isə istifadə verilməsi planlaşdırılır.
Hal-hazırda ən surətli qatar Şanxaydadır, o, Pudun hava limanından Lunyan metro stansiyası istiqamətində hərəkət edir. qatarın surəti saatda 431 kilometr təşkil edir.